
Bu gün geomaqnit sahədə qasırğa gözlənilir

21.02.2023

198

Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir.
Bu barədə"Report"a AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, fevralın 21-də bir qədər sakitləşəcək Geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.
Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınmışdır. Hazırda Geomaqnit sahə sakitdir (1Kp). Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir.
Dostlarınızla paylaşın!