
BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək



Bakı Mühəndislik Universitetində (BMU) “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək.
AzEdu.azxəbər verir ki, seminarda “Lahiyələndirmə və tikintidə rəqəmsallaşdırma”, “Memarlıq layihələrində BIM-in istifadəsi”, “Konstruksiya layihələrində BIM-in istifadəsi”, “ISO 19650 beynəlxalq standartlarına uyğun olaraq aktivlərin çatdırılması mərhələsində məlumatların idarəedilməsi ilə bağlı iş axınları və konsepsiyalar” və digər mövzularda təqdimatlar dinləniləcək.
23 fevral 2022-ci il tarixində saat 14:30-17:00 aralığında baş tutacaq seminar hibrid formada (həm BMU-nun əsas binasının akt zalında, həm də onlayn formada) təşkil olunacaq. Seminara onlayn formada qoşulmaq istəyənlərhttps://meet.google.com/czk-jmkx-voilinkinə daxil ola bilərlər.
Qeyd edək ki, iştirak üçün heç bir qeydiyyat tələb olunmur.