
Biologiya və tarix fənləri üzrə dərsliklərin məzmunu müzakirə edilib

23.02.2023

184

Fevralın 23-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
MərkəzdənAZƏRTAC-a bildirilib ki, iclasda ümumtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərsliklərinin məzmunu müzakirə edilib.
Müzakirələr zamanı dərsliklərin Azərbaycan və rus dillərində olan variantları müqayisə edilib, tərcümənin üst-üstə düşməsi, faktların dəqiqliyi yoxlanılıb. Nəticədə xidməti istifadə üçün tövsiyələr hazırlanıb. Həmin tövsiyələr qəbul imtahanları üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti həftə müzakirələr davam etdiriləcək.
Dostlarınızla paylaşın!