Bəzi müəllimlərə məktəbdə məhdudiyyət tətbiq ediləcək
16.09.2021
144
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərə gəlməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər".
"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyət onların sağlamlığının qorunması məqsədi daşıyır: "Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq. Əsas hədəfimiz səhhətində heç bir problem olmayan təhsil işçilərinin bəhanəsiz şəkildə vaksin olunmasıdır".
Dostlarınızla paylaşın!