BDU tələbələri tədris-istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri institutlarında tədris-istehsalat təcrübəsi keçirlər.
Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, mayın sonunadək tələbələr həmin institutlarda müasir kimyanın aktual problemləri, yağlar, soyuducu mayelər, sürtkü materialları, neft kimyası, filiz xammalı, nanotədqiqatlar, biomimetik sensorlar, katalizatorlar, tətbiq əhəmiyyətli yeni materiallarla bağlı təcrübi biliklər toplayacaqlar.
Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə fəal iştirakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.