
BDU-nun 2 saylı korpusunun təmirinə başlanılıb

13.02.2023

191

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusun əsaslı təmirinə başlanılıb.
Bu barədə"Report"a BDU-dan məlumat verilib.
Bildirilib ki, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.
Dostlarınızla paylaşın!