AzTU rektoru imtahan sessiyası ilə bağlı tələbələrə müraciət edib
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imtahan sessiyasında tələbələrə müraciət edərək onlara uğurlar diləyib.
AzEdu.azxəbər verir ki, rektor imtahan sessiyası ərzində hər həftənin şənbə günü rektorun "Açıq qapı" günü olacağını bildirib.
O, eyni zamanda imtahanlarla bağlı universitetdə qərərgah və apellyasiya komissiyasının yaradıldığını bildirib:
“Bu gündən AzTU-da 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası başlayır. Hər birinizə imtahan sessiyasında müvəffəqiyyətlər arzulayıram!
Qeyd etmək istəyirəm ki, AzTU-da qış imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq qərargah və apellyasiya komissiyası yaradılıb.
Siz imtahan sessiyasının təşkili və gedişi ilə bağlı sual, şikayət, təklif və iradlarınızı "Açıq qapı" günündə səsləndirə bilərsiz. İmtahanla bağlı fikirlərini yazılı formada göndərmək istəyən tələbələrimizrector@aztu.edu.azelektron ünvanına yaza bilərlər.
Bir daha hər birinizə imtahanlarda uğurlar arzu edirəm!”