
AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək

22.12.2022

151

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.
"Report"xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ali təhsil müəssisəsinin bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.
Dostlarınızla paylaşın!