Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının təmir edilməsi təklif olunur
03.03.2023
105
Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi təklif olunur.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə yerli icra hakimiyyəti orqanlarının, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə monitorinqlər aparmaqla regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilərək yenidən qurulması və ya əsaslı təmir edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təklif edilib.
Dostlarınızla paylaşın!