
Azərbaycanda peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

18.12.2023

311

Azərbaycanda 4178 şagird peşə təmayüllü təhsil alır.
"Report"xəbər verir ki, bu barədə "Peşə təmayüllü siniflər" layihəsinin hesabat görüşündə məlumat verilib.
Bildirilib ki, peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.
Dostlarınızla paylaşın!