
Azərbaycanda nə qədər əcnəbi tələbələ oxuyur?

27.01.2021

204

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.
Təhsil Nazirliyindən"Report"a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
Qeyd olunub ki, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.
Dostlarınızla paylaşın!