
Ankara Universitetinin rektoru ADPU-da olub

11.03.2023

147

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovla görüşüb.
ADPU-danAZƏRTAC-a bildirilib ki, görüşdə hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub.
Xatırladaq ki, ötən ilin noyabr ayında ADPU-nun rektoru Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ankara Universitetində olub, rektor Necdet Ünüvarla görüşmüşdülər. Görüşdə ADPU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanmışdı.
Dostlarınızla paylaşın!