
Abituriyentlərin ixtisas seçimi başlayıb (TQDK)



Ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin abituriyentlər 21 iyul saat 23.59-a kimi TQDK-nın internet saytındahttps://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər.
İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.
Qeyd edək ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.