Abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər
TQDK-nın virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə https://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə https://www.netmoney.az/ İnternet ünvanlarından eldə etmək olar.
Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell və Bakcell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell və Bakcell nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir..
Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.