Abituriyentlər təhsil tələbə kreditləri barədə məlumatlandırılıb
22.02.2023
168
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 9-11-ci sinif şagirdləri ilə görüş keçirib.
Bu barədəAZƏRTAC-a fonddan məlumat verilib.
Araz Paşayev abituriyentlərə təhsil tələbə kreditləri haqqında, güzəştlər və qeydiyyat prosesi barədə məlumat verib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək istədikləri ixtisası seçə biləcəklərini və bu ixtisasda təhsil alaraq gələcəyin mütəxəssisləri ola biləcəklərini bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər dinlənilib.
Dostlarınızla paylaşın!