
Abituriyentlər kimya,fizika əvəzinə informatikanı öyrənməlidir-Ekspert DİM-in qərarını alqışladı



“DİM tərəfindən ixtisas qruplarına müəyyən fənlər əlavə edildi. I ixtisas qrupuna informatika, lll ixtisas qrupuna isə coğrafiya fənləri artırıldı. Həmçinin ll qrupdan bəzi ixtisaslar lll qrupa keçirildi. Bunlar Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarıdır”
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib səsləndirib. O, informatika fənninin l ixtisas qruouna əlavə edilməsini alqışladı:
“III ixtisas qrupunda blok imtahanı 2mərhələyə ayrıldı-Tarix və tarix-coğrafiya alqoritmləri. Məsələn regionşünaslıq və beynəlxalq münasibətlər üzrə təhsil almaq istəyənlər coğrafiyadan da imtahan verməli olacaqlar.
I ixtisas qrupuna İnformatika fənninin əlavə edilməsini məqsədəuyğun hesab edirəm”
O, narqzı qaldığı məqamı da açıqladı:
“Burada İt sahəsinə aid xeyli ixtisaslar vardı, lakin informatika fənnindən imtahan verilmirdi. İnformatika üzrə ixtisasları seçən kimya-fizika əvəzinə məhz ixtisas fənnini bilməlidirlər. Lakin, bir uyğunsuzluq var ki, abituriyentlərə 2-3 il əvvəldən deyilməliydi ki, hazırlaşa bilsinlər. Bu, surpriz qərar oldu”.