
65 yaşa çatan müəllimlər bunu bilməlidir



Azərbaycanda yaşı 65 yaşdan yuxarı olan müəllimlərin sayı açıqlanıb. Təhsil nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib ki, ölkədə 160 mindən çox müəllim var və onların 2 faizinin yaşı 65-dən yuxarıdır. Onun sözlərinə görə, 65 yaşa çatan müəllimlər 5 ildən çox olmayaraq, məktəbdə işləyə bilərlər. 65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında təhsil müəssisəsində çalışırlar: “Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə gərək 2 faizi aşmasın. Ancaq işçilərin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir. Azərbaycanda 160 min müəllimin yalnız 2 faizinin yaşı 65-dən yuxarıdır. Mütləq deyil ki, bütün məktəblərdə say faiz olsun. Ola bilər ki, hansısa məktəbdə yaşı 65-dən yuxarı olan müəllim yoxdur. Təhsil sahəsi üzrə də 2 faiz rəqəmi ümumi məktəblər üzrə dəyişir”.