
297 nəfər müsabiqənin növbəti mərhələsinə keçdi



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə keçirilən 3 mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir.
Milli.Az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən 393 müəllim 03.05.2016 - 10.05.2016-cı il tarixlərdə miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçiblər və 12.05.2016-cı il tarixədək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.
Müsabiqənin birinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.
Müsabiqənin mayın 14-də keçirilən ikinci - test imtahanı mərhələsində 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 176 nəfər müsabiqənin növbəti - müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin üçüncü - müsahibə mərhələsi sabah Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcəkdir.
Milli.Az