
Sizi Universitetlərarası İntellekt Olimpiyadasında biliklərinizi sınamağa dəvət edirik.

16.04.2018

1466
Əziz Tələbələr, sizi Ulu Öndər Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Universitetlərarası İntellekt Olimpiyadasında biliklərinizi sınamağa dəvət edirik. Olimpiyadamız 2 turda təşkil olunur : məntiq, intellekt, dünyagörüşü ilə bərabər, Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalq Cumhuriyyətinin tarixi haqqında suallarla siz öz biliklərinizi sınaya bilərsiniz. Yüksək nəticə əldə edən 50-dək tələbə notebook, planşet, fotoaparat və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Olimpiyada da iştirak etmək istəyənlər əlaqə nömrələrimizə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Dostlarınızla paylaşın!