
Qəbələdə IELTS rəsmi qeydiyyat mərkəzimiz fəaliyyətə başladı


Dəyərli, Qəbələ və ətraf regionlarda IELTS test imtahanına hazırlaşanlar!
Qafqaz Regionunun ən böyük rəsmi IELTS test şəbəkəsinə sahib olan GRBS® daha bir gözəl guşəmiz olan Qəbələdə IELTS rəsmi qeydiyyat mərkəzimiz fəaliyyətə başladı. IELTS sınaq və rəsmi test imtahanlarının keçirilməsinə start verildi.
Kəmiyyətə deyil, keyfiyyətə önəm verən GRBS® rəsmi IELTS test imtahanını daim əlverişli, rahat, müasir avadanlıqlarla təchiz edilmiş və bütün beynəlxalq standartlara cavab verən xüsusi məkanlarda təşkil edir.
Hər zaman yüksək keyfiyyəti əsas meyar tutan GRBS® test namizədləri üçün ən yaxşısını etməyə çalışır. Lakin biz bununla kifayətlənmirik. Daim ən yaxşısını edə bilmək üçün gecə-gündüz bilmədən çalışırıq.
GRBS® və Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ilk dəfə Qəbələdə mayın 19 IELTS sınaq imtahanı keçiriləcəkdir.
Yüksək standartlar çərçivəsində burada hər birinizə xidmət etməkdən qürur hissi duyuruq!
ielts@ielts.az / office@ielts.az
www.ielts.az
Məlumata aid kurs - GRBS


