“Peşəkar Karyera Proqramı” layihəsini təqdim edirik
“PEŞƏKAR KARYERA PROQRAMI”
Azərbaycanda İLK DƏFƏ keçiriləcək olan yeni “Peşəkar Karyera Proqramı” layihəsini təqdim edirik.
Layihə universiteti yeni bitirən, iş tapmaqda çətinlik çəkən və ya karyerasına yeni başlayan və daha perspektivli işdə çalışmağı qarşısına hədəf qoyan şəxslərin inkişafı üçün nəzərdə tutulub.
LAYİHƏNİN MƏQSƏDİ
Headstart International tərəfindən Azərbaycanda ilk dəfə keçiriləcək layihənin başlıca məqsədi yeni məzun olmuş şəxslərə dəstək olmaqla ölkənin qabaqcıl yerli və qlobal şirkətlərində çalışmaları üçün onları peşəkar kadr olaraq hazırlamaq və iş tapmaqlarına köməklik göstərməkdir.
PROBLEM VƏ OPTİMAL HƏLL YOLLARI
Bu gün Azərbaycanda “iş tapılması” prosesi əksər gənclər arasında ciddi problem hesab olunur. Universiteti bitirən yeni məzunlar ən çox aşağıdakı problemlərlə qarşılaşırlar:
• Karyera qurmaq üçün özlərini hazır hesab etməmələri;
• Hansı istiqamətə və necə yönəlmək barədə məlumat çatışmazlığı;
• Əmək bazarında hansı şirkətlərin onların profilinə uyğun olması barəsində məlumatsızlıq;
• Hansı şirkətlərə və necə müraciət etməli olduğunu bilməmək;
Ən əsası isə:
• ÖZ BACARIQ VƏ POTENSIALINI İŞƏ GÖTÜRƏNLƏRƏ GÖSTƏRƏ BİLMƏMƏK
Headstart International tərəfindən əmək bazarında mövcud olan bu problemlərə optimal həll üsulu tapmaq üçün innovativ və interaktiv təlim paketi hazırlanmışdır.
Proqramı bitirən və imtahandan uğurla keçən hər bir namizəd Headstart International tərəfindən rəsmi sertifikat və tövsiyə məktubu ilə təltif olunacaqlar.
“Peşəkar Karyera Proqramı”nda iştirak haqqı, proqram haqqında ətraflı məlumat əldə etmək və proqrama qoşulmaq üçün aşağıdakı qeydiyyat formasını doldura bilərsiniz:
https://bit.ly/2GnNYKN
Nəzərinizə çatdıraq ki, proqrama Aprel ayı üçün qəbul və iştirakçı sayı limitli olduğundan qeydiyyatdan keçmək üçün tələsin.