Neft və Qaz sektorunda çalışanlar üçün ingilis dili kurslarını təklif edirik.
Neft və Qaz sektorunda çalışanlar üçün ingilis dili kurslarını təklif edirik.
Kurs BP-nin tədris proqramı əsasında aparılır və NEFT və QAZ sektorunu əhatə edir.
Kursu bitirənlər gündəlik iş fəaliyyətlərində qarşılaşdıqları bütün vəziyyətlərdə ünsiyyət qurmaqla yanaşı ərizələr yazmaq, blanklar doldurmaq, raportlar hazırlamaq biliklərinə yiyələnəcəklər.
Kurs daxilində həm də bu sahə çərçivəsində söz bazası, terminlər, həmçinin danışıq-kommunikasiya bacarıqları artırılacaq və mətnlər oxunaraq müzakirə olunacaq.
Kurs Proqramı:
- Dinləmə
- Şifahi danışıq
- Lüğət bazasının artırılması
- Oxu materialları
- Yazışmalar
- Qrammatika
Nələr əldə edəcəksiniz?
- Neft-qaz sənayesi çərçivəsində ingilis dilində səlist şəkildə hərtərəfli ünsiyyət
- İngilis dilində prezentasiyaların hazırlanması
- İş çərçivəsində sənədlərin, ərizələrin və s. yazılması və blankların doldurulması
- Kursun sonunda sertifikatla təltif olunma
Kursa, gələcək kariyerasını Neft-Qaz və bunla bağlı şirkətlərdə qurmaq istəyən hər bir mühəndislik tələbəsi, hazırkı mühəndislər, texniki işçilər, operatorlar, mütəxəssislər və öz dil bacarıqlarını texniki istiqamətdə inkişaf etdirmək istəyən hər kəs müraciət edə bilər.
İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.
Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.
Müəllimlərimiz müxtəlif yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.
Bizimlə əlaqə və qeydiyyat üçün:
Web:www.stimul.edu.az
https://www.facebook.com/Stimul.edu.az
https://instagram.com/stimul.az/