Muhasibat kurslarına qeydiyyat davam edir...
Muhasibat kurslarına qeydiyyat davam edir .dərslər 15 il təcrübəsi olan müəllimlər tərəfindən tədris olunur .Dərslər qrup və fərdi şəkildə keçirilir
Kursda iştirak edən şəxslər ilkin mühasibat sənədlərindən maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanmasınadək olan prosesləri öyrənəcəklər
*Qeyd etmə Funksiyası : Maliyyə əməliyyatları sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir. Mühasibatın ən əhəmiyyətli və ilk funksiyasıdır. Mühasibatda qeydlər doğru və düzgün tutulmadan digər funksiyaların da bir mənası qalmaz. Edilən hər əməliyyat uçot sistemi içində ilk olaraq qeyd edilmək məcburiyyətindədir . Bu qeydlərdə sənədlərə əsasən edilir.
*Təsnifat Funksiyası : Yazılan məlumatlar müəyyən zaman aralıqlarında yığılıb xüsusiyyətlərinə görə qruplara ayrılır. Beləcə fərqli xarakterli və qruplardakı əməliyyatları bir-birləri ilə qarışdırmadan fərqli qeydləri yoxlanıla bilər. Təsnifat əməliyyatları mühasibat sistemi daxilində mühasibat kitabçalarında qeyd edilməkdədir.
*Yekunlaşdırma Funksiyası : əməliyyatlar dövr sonlarında toplanaraq daha asan nəticələr çıxarmaqı təmin etmək üçün ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə bəlkə minlərlə əməliyyat etmiş ola bilər. Bu əməliyyatları tək-tək yoxlamaq çox uzun zaman alacağından , eyni xarakterli əməliyyatları yekunlaşdıraraq görmək daha çox fayda verməkdədir.
*Hesabat Funksiyası : Ən son olaraq hesabat funksiyasında yazılan , təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərh etmə mərhələsidir. Mühasibatın ən əhəmiyyətli funksiyanlarındandır . Məruzələrdə müəssisələrin hər cür nəticələri ortaya çıxarılaraq müəssisə haqqında məlumatlar və şərhlər verilir. Müəssisə bu hesabatlar sayəsində gələcəyinə dair yeni qərarlar verir. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatlarının ən əhəmiyyətliləri balans hesabatı və gəlir cədvəlidir.