Milli Sertifikat imtahanı nədir?
Barattson School of Business & Finance və Azərbaycan Respublikasının Auditorlar Palatası birgə olaraq növbəti Milli Sertifikat imtahanını elan edir.
Milli Sertifikat imtahanı nədir?
Dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 Mühasibat Uçotu fənninin məhz Azərbaycan dilində təqdim edilərək yerli mütəxəssislərin bu sahədə bilik səviyyəsini təsdiqləyən imtahandır və Milli Sertifikat adı ilə tanınmışdır. Bu imtahanı uğurla verən namizədlər Azərbaycan Respublikası Auditorlar Palatası və Barattson School of Business & Finance tərəfindən təsdiqlənən Milli Sertifikatla təltif olunurlar.
Azərbaycan Respublikasının Auditorlar Palatası IFAC-ın (International Federation of Accountants) Azərbaycanda yeganə üzvü olan qurumdur. Barattson isə öz növbəsində ACCA-in Azərbaycanda Qızıl statuslu Təhsil Partnyorudur. Belə ki, bu iki təşkilatın təqdim etdiyi birgə sertifikat yerli bazar üçün nəzərdə tutulması ilə yanaşı beynəlxalq dərəcəyə də malikdir.
Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycanda ilk dəfə Auditorlar Palatası tərəfindən keçirilən Milli Sertifikat imtahanlarının suallarını hazırlayan və illər boyu həmin imtahanların suallarını tərtib edən, həmçinin imtahan nəticələrini yoxlayıb qiymətləndirən peşəkarlar heyəti hazırda yalnız Barattson şirkətində öz fəaliyyətini davam etdirir.
İmtahanın tarixi: 3 fevral 2018
Başlanma vaxti: 15:00
İmtahan tarixində imtahanın başlanma vaxtından 30 dəqiqə öncə gəlməyiniz tələb olunur.
İştirak haqqı:
F3 Mühasibat Uçotu (Az) və (Rus) - 50 AZN
Kurslarımızın məzunları üçün imtahanda iştirak ödənişsizdir. İmtahana təkrar daxil olanlar üçün imtahanda iştirak ödənişlidir.
Qeydiyyat üçün aşağıdaki linkə daxil olun:
https://sms.barattson.com/Exam/ExamRegistration.aspx
Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlayın:
khayala.zeynalli@barattson.com
+994125054496
+994702054496