Məktəblilər üçün rus dili kursu - Piramida Təhsil Mərkəzi
Məktəblilər üçün rus dili kursu
Linqvistlər, filoloqlar, metodistlər, bir sözlə, dilçilik sahəsində çalışan hər kəs xarici dili məktəb illərində öyrənməyin daha yaxşı nəticə verdiyini qeyd edirlər. Əgər siz də övladınızın məktəbi bitirdikdə rus dilində sərbəst danışa bilməyini istəyirsinizsə, o zaman məktəbliykən övladınızın rus dili ilə məşğul olmağını təmin etməli, onu bu sahədə hər mənada dəstəkləməlisiniz. Ancaq bu halda siz lazımi nəticəni əldə edə biləcəksiniz.
PiramidaTəhsil Mərkəzində rus dilinin əsaslarına və bu dildə ünsiyyəti təkmilləşdirməyə yönəlmiş, fərdi və qrup şəklində keçiriləcək dərslərin metodlar kompleksi işlənib hazırlanmışdır.
Biz sizə təklif edirik:
Fərdi şəkildə seçilmiş proqram və onun sürətli tədrisi
Müasir dərs vəsaitləri, audio və video materiallar
Məzmunlu və maraqlı tədris prosesi
Dərs zamanı rahat psixoloji ab-hava
Dil bilikləri səviyyəsinin müəyyənləşdirilməsi üçün PULSUZ imtahan